DİQQƏT: Xərçəngin beş düşməni...

Dövrümüzün ən qorxunc xəstəliklərindən biri olan xərçəngə hər il 15 milyon insan tutulur. Onunla mübarizədə təbii məhsulların faydası mif kimi yayılıb, ancaq hansı məhsulların daha çox əhəmiyyətli olduğu mübahisə doğuran məqamlardandır. Sizə bu məhsulların bəzilərini təqdim edirik:

Üzüm Üzüm sağlam hüceyrələri qoruyur. Belə ki, o, xərçəng hüceyrələrinin toksik təsirinin qarşısını alaraq böyümələrinə mane olur, sağlam hüceyrələrin qorunmasına yardımçı olur. Bu səbəbdən də, mütəxəssislər üzümdən geniş istifadə edilməsini məsləhət görürlər.

Yaşıl çay

Polifenol ilə zəngin olan yaşıl çay xüsusilə xərçəngə qarşı qoruyucu təsiri ilə tanınmaqdadır. Belə ki, o, xərçəngin inkişafını əngəlləyir və yayılmasını yavaşladır.

Naringi C vitamini ilә zәngin olan naringi antioksidan təsiri ilə xərçəngə qarşı qoruyucu bir qidadır. Gündə iki ədəd naringi xərçəng önləyici təsirə malikdir.

Sarımsaq Sarımsaq xərçəngə qarşı təsirli olan bir digər qidadır. Tərkibindəki A və C vitaminləri, kalsium, kalium, kükürd və sink kimi minerallar dəri, ağciyər və qan xərçənginə qarşı müsbət təsir göstərir.

Limon Limon təbiiliyi ilə qoruyur. O, yüksək antioksidana malikdir. Xüsusən qaraciyər, ağciyər, mədə və dəri xərçənginin qarşısını alır.

zerifqadin.az

Bütün xəbərlər Facebook səhifəmizdə