Enerji içkiləri isti havada orqanizmə çox ziyanlıdır!

Artıq yay fəsli başlanır. İsti günlər lap yaxındadır. Gün şüaların təsirindən orqanizmdə endorfin hormonun ("sevinc hormonu") istehsalı çoxalır, melatonin hormonun ("depressiya hormonu") istehsalı isə azalır. Məhz bu səbəbdən yayda insanlar depressiyadan daha az hallarda əziyyət çəkir. Bundan əlavə gün şüaları beyinin fəaliyyətinin və yaddaşın yaxşılaşmasına səbəb olur.

Gün şüaları orqanizmdə D vitaminin hazırlanmasını artırır. Bu vitaminin sayəsində bizim orqanizm kalsium elementini daha yaxşı mənimsəyir. Kalsium isə sümüklərimizi möhkəm edir. Belə hesab olunur ki, məhz bu səbəbdən isti ölkələrdə sınıqların sayı soyuq ölkələrlə müqayisədə daha az olur.

Sümüklərinizi daha möhkəm etmək istəyirsinizsə, yayda süd məhsulların qəbulunu artırın. Ayran, dovğa, qatıq, yoqurt daim pəhrizinizdə olmalıdır. Ümumillikdə yayda yüngül qidalara üstünlük verin - meyvə-tərəvəz, göyərti, süd məhsulları, balıq. Daha tez-tez və kiçik porsiyalarla qidalanın. İstidə orqanizm güclü yükləmələrə məruz qalır. Ağır qidalar isə orqanizmi əlavə yükləyir.

İsti yay günlərində insanlar çox güclü tərləyir ki, bunun nəticəsində orqanizm fəal şəkildə ziyanlı maddələrdən (toksinlər, azad radikallar və s.) azad olur. Lakin buna nail olmaq üçün insan kifayyət qədər maye qəbul etməlidir. Susuzluqla mübarizədə limon əlavə olunmuş sərin su, süfrə mineral suları, yaşıl çay ən yaxşı seçimdir. Çox soyuq və çox isti içkilərdən imtina edin. Spirtli içkilər və hal hazırda "dəbdə" olan enerji içkiləri istidə çox ziyanlıdır.

Qalxanvari vəzinin fəaliyyətinin azalması zamanı (hipoterioz) gün şüaları çox xeyirlidir. Hipoteriozdan əziyyət çəkən insanların orqanizmində mübadilə prosesləri ləngiyir ki, bu onlarda bir çox pozulmalara səbəb olur. Gün şüaları isə mübadilə prosesləri sürətləndirir.

Nəzərə almaq lazımdır ki, 11.00-dan 17.00-a kimi günün altında olmaq məsləhət görülmür.

Bütün xəbərlər Facebook səhifəmizdə