Şiddət oyunları uşaq sağlamlığına zərərlidir

Mütəxəssislərin fikrincə şiddət məzmunlu oyunlar və internetdə olan zərərli saytlar sağlamlıqla bərabər uşaqlarda davranış pozğunluğuna yol açır. Türkiyənin Ondokuz Mayıs Universitetinin məlumatından aydın olur ki, bu problem uşaq psixologiyasına təsir göstərərək onlarda laqeydlik, beyin fəaliyyətlərində diqqətə çarpan azalma, qərar vermə qabiliyyətinin pozulması, daxilə qapanma, ictimai fobiya və tündxasiyyətlik kimi ciddi fəsadlara şərait yaradır.

Məlumatda oda bildirilir ki, Atakum Bələdiyyəsi Qadın Koordinasiya və Sosial Xidmətlər Mərkəzi tərəfindən bu mövzuda təhsil konfransı təşkil edilib. Konfransda xüsusi olaraq qeyd olunub ki, bu istiqamətdə görülən işlər nümunəvidir. Müqəddəsliyi ilə fərqlənən bu cür tədbirlərin ehtiyaca uyğun bir şəkildə təhsil mərkəzlərində davam etdirilməsi daha yaxşı olar.

İlk olaraq məktəblərdə təşkil olunması planlaşdırılan maarifləndirci tədbirlər uşaqları internet asılılığı mövzusunda bilik sahibi etməklə bərabər onları zərərli vərdişlərdən uzaqlaşdıraraq sağlam və mənalı həyata qovuşduracaq.

Qrupun məlumatına görə xüsusi ilə ailələrə bu mövzuda çox böyük vəzifələr və məsuliyyətlər düşür. Bu baxımdan valideyinlərdə əsas vəzifələrdən biri uşaqların internetdəki fəaliyyətinə nəzarət etmək və onları doğru, düzgün istiqamətə yönəltməkdir. Başqa sözlə uşaqlar kompüter başında gündə 30 dəqiqədən çox lazımsız işlərlə zaman keçirməməlidir. Əhəmiyyətli addımlardan biri uşaqların ailələriylə birlikdə zaman keçirməsinin zövqünü yaşatmaq, onları dinləmək və anlamaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə