XƏBƏRDARLIQ: Stress dişləri çürüdür!

Günümüzdə bir çox xəstəliyin səbəbi olaraq göstərilən stress faktorunun, bədəndəki çox orqana təsir etdiyi kimi diş çürüyü və diş əti xəstəliklərinə də səbəb olduğu bildirilir. Sağlamlıq baxımından şəxsi ağız və diş gigiyenasına çox əhəmiyyət vermək lazımdır.

Ağız təmizliyinə uşaq yaşlarda başlamaq lazımdır, diş çürümələri, diş əti və oynaq xəstəliklərinin altında çox fərqli amillər də yata bilər. Bu səbəblərin başında stress amilinə nəzər yetirmək lazımdır.

Gənclərin stressi dişlərinə təsir edir

Ciddi mənada xroniki stress fərdlərdə ağız quruluğu yaradır. Buna bağlı olaraq da diş səthlərində çürük yaranmasını əngəlləyən qoruyucu təbəqə əmələ gəlmir və nəticədə diş çürümələri meydana gəlir. Xüsusilə 18-20 yaş altı gənc və uşaqlarda görülən stress, ağız sağlamlığı baxımından çox əhəmiyyətlidir. Valideynlər, bu stressi əhəmiyyət vermədiyinə görə tədbir görməkdə gecikirlər. Bu da irəliləyən yaşlarda böyük problemlərə yol açır. 12-20 yaş aralığında görülən stress, 18-30 yaşlarında qanaxma, papil itkisi və ağrı şəklində görülən ciddi diş əti xəstəliklərinin yaranmasına səbəb olur. Stressə düşən uşaq və gənclər içinə qapanıb, şəxsi ağız və diş təmizliyini yerinə yetirmirlər. Ağız, diş və oynaq bölgələrində görülən şikayətlə gələn bu yaş uşaq və gənclərdə stress faktorunun qiymətləndirilməsi, müalicənin davamlı olması və sonrakı dövrlərdə problem yaratmaması üçün çox əhəmiyyətlidir.

İmtahana hazırlıq faktoru və ailə təzyiqinin uşaqlarda stress əmələ gətirdiyini bildirərək, ailələrin dövlət imtahanıa hazırlıq və xüsusilə yetkinlik dövrlərində uşaqlarına dəstək olmalıdırlar.

Uşaqlarda klinik olaraq baş və qulaq ağrısı, çeynəmə zamanı oynaq bölgələrindən gələn səs və həddindən artıq diş sıxmağın nəticəsində, diş səthlərində ovulma və diş sınıqlarının meydana gəldiyi görülür, bütün bu problemləri incələdikdə stress amilinin çox böyük rol oynadığı görülür.

Xərçəngin Yaranmasını Asanlaşdırır

Qərb ölkələrində, inkişaf etmiş cəmiyyətlərdə orta yaş üstü fərdlərdə qarşılaşılan çox yayılmış diş əti xəstəlikləri, çürük və diş itkilərinin altında psixoloji səbəblər axtarılır.

Buna görə həqiqətən stressin bədəndə ilk təsir etdiyi orqanlardan biri də dişlər və diş ətləri olur. Psixoloji səbəblərə görə ağız təmizliyinə riayət etməməklə diş səthlərində əmələ gələn vallar diş ətlərində xəstəliklərə səbəb olur. Lazımi tədbir görülmədiyi zaman irəliləyən yaşlarda diş itkiləri meydana gəlir. Xroniki stress, protez istifadə edən xəstələrdə sonrakı dövrlərdə ağız içini daha da pis hala gətirdiyi üçün xərçəng yaranmasına gətirib çıxarır. Həyat keyfiyyəti yaxşı, stressi olmayan insanlarda bədən, dişlərdən qaynaqlanan bir infeksiyanı keçiriləcək müalicə ilə aradan qaldıra bilir. Amma uzun müddətli stress altında olan fərdlərdə bu vəziyyət kistaya çevrilə bilir, daha sonra da şiş halını alır. Kistaya qarşı da laqeydlik edilib, müalicə edilməzsə sonrakı dövrlərdə xərçəngə çevrilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...