Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib

Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova vəzifəsindən azad edilib. SİA-nın məlumatına görə, o, səhhəti ilə əlaqədar olaraq, öz xahişi ilə vəzifəsindən azad edilib. Səhiyyə Nazirliyindən məlumatı təsdiqləyiblər.

Nazirlikdən qeyd edilib ki, hazırda onun vəzifəsini mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova əvəz edir.

Qeyd edək ki, L.Bayramova SN-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2015-ci ilin mayında təyin edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə