Açıqlandı: Həftədə 100 qramdan artıq alkoqol içmək ölümü yaxınlaşdırır!

Həftə ərzində alkoqoldan istifadənin 100 qramdan artıq olması ölümü yaxınlaşdırır. Alimlər alkoqol istifadəsinə meyilli olan 600 min nəfər üzərində tədqiqat aparıblar. Onların 50 faizini 100 qramdan, 8 faizini isə 350 qramdan çox içənlər təşkil edib. İştirakçılardan 40 mindən çoxu sonralar ürək-damar xəstəliklərindən vəfat edib, 39 min nəfərində isə həmin xəstəliklərin əlamətləri müşahidə olunub.

"Mir 24" saytında yer alan məlumata görə, araşdırmalar nəticəsində mütəxəssislər həftədə 100 qramdan 200 qrama qədər alkoqol qəbulunun ömrü yarım, 200 qramdan 350 qrama qədər qəbulunun bir, ya iki, 350 qramdan çox qəbulunu dörd-beş il qısaltdığı qənaətinə gəliblər.

“Tədqiqatın nəticələri göstərir ki, alkoqolun faydası haqqında yayılan bəzi söz-söhbətlərə baxmayaraq, onun qəbulunun orqanizmə heç bir faydası yoxdur", – deyə Şeffild Universitetinin ürək-damar xəstəlikləri üzrə professoru Tim Çiko söyləyib.

Əvvəllər Fransa və Kanadadan olan alimlər alkoqolun qədərsiz istehlak edilməsi ağıl zəifliyinin inkişafı riskini artırdığını sübut ediblər. Onlar əvvəllər on minlərlə demensiya diaqnozu qoyulan xəstələrdən 38,9 faizinin alkoqol istifadəsindən, 17,6 faizinin isə alkoqolizmdən əziyyət çəkdiyini müəyyənləşdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə