Xanımların diqqətlinə: Aybaşıların gecikməsinin 10 SƏBƏBİ

Ginekoloqun qəbulunda ən çox rast gəlinən şikayətlərdən biri aybaşıların gecikməsidir. Baxmayaraq ki, gecikmə hamiləliyin aşkar simptomudur, menstruasiyanın olmaması başqa hallarla da əlaqəli ola bilər. Bu məqalədə biz menstruasiya gecikməsinin ən çox yayılmış səbəblərini göstərəcəyik.

1. Hamiləlik

Hamiləlik cinsi həyat yaşayan cavan qızlarda və qadınlarda menstruasiya gecikməsinin ən çox rast gəlinən səbəblərindən biridir. Erkən müddətlərdə hamiləliyin digər simptomları qarının aşağı hissəsində dartıcı ağrılar, döşlərdə şişkinlik və ağrı, qarının şişməsi, yüksək yorğunluq, yuxululuqdur. Bəzi qadınlarda yaxılan qanlı (qəhvəyi) ifrazatlar müşahidə oluna bilər.

Əgər siz cinsi həyat keçirirsinizsə və sizin bu ayda cinsi əlaqələriniz olubsa, aybaşıların 3 gün və ya daha çox gecikməsi sizin hamilə olmağınızdan xəbər verə bilər. Hamiləlikdən şübhələndikdə hamiləlik testini etmək tövsiyə olunur. Aybaşıların gecikməsi və hamiləlik testinin müsbət cavab verməsi böyük ehtimalla sizin həqiqətən də hamilə olduğunuzu göstərən əlamətlərdir. Hamiləliyi müəyyən etməyin başqa bir üsulu İXQ-ya (İnsanın Xronik Qonadotropini) qan analizi verməkdir.

Aybaşıların gecikməsi zamanı hamiləlik testi mənfidirsə, bunun aşağıda göstərilən digər səbəbləri də ola bilər.

2. Stress və fiziki yorğunluq

İşdə problemlər, yaxınlarla konfliktlər, imtahanlar və ya diplom işinin müdafiəsi – istənilən stress vəziyyəti menstrual dövrənin pozuntusuna və aybaşıların bir həftəyə və daha çox müddətə gecikməsinə gətirib çıxara bilər.

Gecikmənin başqa bir səbəbi stress ilə birlikdə müşahidə olunan həddindən artıq yorulma ola bilər. Fəal həyat tərzi, əlbəttə ki, bizim bədənimiz üçün faydalıdır, lakin qadın fiziki yüklənmələrlə həddi aşsa və özünü həddindən artıq yorsa, bu menstrual dövrənin müntəzəmliyinə təsir edə bilər. Həddindən artıq fiziki yüklənmələr (xüsusən də, sərt pəhrizlə birlikdə) estrogen hormonunun hasilatını pozurlar, bu isə menstrual dövrənin pozulmasına və aybaşıların gecikməsinə gətirib çıxara bilər.

Məsələn, qeyri-müntəzəm aybaşılar və tez-tez gecikmələr çox vaxt peşəkar idmançılarda müşahidə olunur. Lakin idman zalında özünü taqətdən salmaq üçün peşəkar idmançı olmaq mütləq deyil. Həddindən artıq fiziki yorğunluğun digər əlamətləri sürətli çəki itkisi, zəiflik, baş ağrıları, iş qabiliyyətinin azalmasıdır.

Əgər həddindən artıq yorğunluq aybaşıların gecikməsinə səbəb olubsa, bu sizin orqanizminizin verdiyi aşkar siqnaldır ki, tempi azaltmaq lazımdır. Fiziki aktivliklə qidalanma arasındakı balansı bərpa etdikdə menstrual dövrə öz-özünə normaya düşür.

3. Artıq çəki və bədən kütləsinin defisiti

Endokrin sisteminin adekvat fəaliyyət göstərməsi üçün qadına, boyuna nisbətən hesablanan normal çəki saxlamaq önəmlidir. Əgər sizin bədən çəkisi indeksiniz 18-dən aşağıdırsa və ya 25-dən yuxarıdırsa, menstruasiyanın gecikməsi məhz çəki ilə əlaqəli ola bilər. Çəkinin normaya gətirilməsi adətən müntəzəm menstrual dövrənin bərpasına gətirib çıxarır.

4. Yaşayış yerinin və saat qurşaqlarının dəyişdirilməsi, səyahətlər

Vərdiş olunmuş həyat fəaliyyətinin ritmi və ya bioloji saat menstrual dövrənin normal requlyasiyası üçün heç də az əhəmiyyət daşımır. Və əgər siz gecə ilə gündüzü dəyişmisinizsə (məsələn, başqa bir ölkəyə uçub getmisinizsə və ya gecələr işləməyə başlamısınızsa), bioloji saat pozula bilər, bu isə aybaşıların gecikməsinə gətirib çıxaracaqdır. Əgər gecikmənin səbəbi həyat ritminin dəyişməsindədirsə, adətən normal menstrual dövrə bir neçə ay ərzində özü qaydasına düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə