Şiş xəstəlikləri zamanı orqanizmdə hansı dəyişikliklər yaranır?

Şiş xəstəliynə tutulmuş orqanizmin bütün toxumalarında mübadilə prosesləri dərin patoloji dəyişikliklərə uğrayır. Əsasən də şiş xəstəlikləri zamanı karbohidrat mübadiləsinin pozulması baş verir. Karbohidratlar şiş hüceyrəlrində çox yüksək sürətlə parçalandığına görə, qlükoza şiş hüceyrəsinin membranından asanlıqla sitoplazmaya keçir və qanda şəkərin miqdarı azalır. Bu şəraitdə orqanizmin kompensator imkanları səfərbərliyə alınır, qaraciyərdə və əzələlərdə olan qlükogen sürətlə parçalanıb sərf edilir. Bundan əlavə qaraciyərdə və böyrəklərdə qlikoneogenez prosesin sürəti artır.
Hipoqlikemiya bəd xassəli şiş xəstəliyinə tutulmuş orqanizmdə baş verən mübadilə pozğunluqlarının əsas hərəkətverici amilidir.
Şiş hüceyrələri qanda olan azotlu üzvi birləşmlərin azalmasına səbəb olur. Şiş inkişaf etdikcə orqanizmin sağlam toxumalarında azotlu birləşmələrin miqdarı azalır. Bu zaman xaric olan sidiyin tərkibində azotun miqdarı yüksək olur.
Bədxassəli şiş xəstəlikləri zamanı şişin hansı orqanda əmələ gəlməsindən asılı olmayaraq qaraciyərin fəaliyyəti zəifləyir.
Şiş xəstəliyinə tutulmuş orqanizmdə amin turşuların çox hissəsi qlikoneogenez prosesinə sərf edilir. Bu zaman qanda lipidlərin miqdarı artır.
Şiş xəstəliyi zamanı toxuma və orqanların bioloji tərkibində də dəyişiklklər baş verir. Bu zaman baş verən patoloji dəyişikliklər şişin yerləşdiyi yerdən və onun metastazlarının yerləşdiyi yerdən asılıdır.
Bədxassəli şiş xəstəliyinə tutulmuş orqanizmdə sürətlə arıqlama baş verir. Bu çox vaxt kaxeksiyaya və ölümə səbəb ola bilir. Çünki xərçəngin kaxeksiyası aşağıdakılarla müşahidə edilir:
* ümumi zəiflik
* anoreksiya
* zülal və piy itkisi
* su balansının pozulması
* elektrolit balansının pozulması
* anemiya.

Kaxeksiya şiş toxumasında mübadilə proseslərinin sürətlənməsinə səbəb olur ki, bu da qanda olan nukleotidlərin, aminturşuların, qlükozanın və vitaminlərin sürətlə udulmasına və orqanizmdə miqdarının azalmasına səbəb olur. Bu da toxumalarda assimliasiya prosesinin zəifləməsinə, dissimliasiyanın isə sürətlənməsinə səbəb olur. Beləliklə də, şiş toxuması orqanizmin sağlam toxumalarını bir çox həyati vacib maddələrdən məhrum edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...