ŞOK xəbərdarlıq: Siqaret ürəyi də qocaldır!

Geniş tibbi araşdırmalar keçirilir ki, bu araşdırmaların nəticələrində siqaretlərin çəkilməsi bir çox ağır xəstəliklərin əsas səbəblərindən biri kimi qeyd olunur.

Lakin bütün bunlara baxmayaraq ildən ilə bütün dünyada siqaret çəkən insanların sayı artır. Ən təhlükəlisi isə odur ki, siqaret çəkənlərin arasında yeniyetmə və cavan insanlar çoxluq təşkil edir. Siqaret çəkən insanların əksəriyyəti öz ziyanlı vərdişinə çox yüngül yanaşır, onun sağlamlıq üçün həqiqi ziyanını anlamırlar.

Bu məqalədə biz sizin nəzərinizə həkimlər tərəfindən dəfələrlə təsdiq olunmuş faktlar çatdırırıq.

Tütünün "aşkar olunmasına" biz Xristofor Kolumb adlı məhşur səyyaha "borcluyuq". Məhz onun komandasında olan matroslar tütün yarpaqlarını Amerikadan Avropaya gətiriblər. Lakin o vaxtlardan bəri çox şey dəyişildi. Müasir siqaretin tərkibinə təbii tütündən əlavə müxtəlif və çox ziyanlı maddələr və birləşmələr daxildir.

Müasir siqaretlərin tərkibində 4000-ə kimi ziyanlı maddələr var. İlk növbədə bu qatranlardır. Bu güclü kanserogen (xərçəngin inkişafına səbəb olan) təsirinə malik olan maddədir. Statistikaya əsasən, məhz siqaretlərin çəkilməsi ağ ciyər xərçənginin 85% hallarında əsas səbəbi kimi müəyyən edilir. Bundan əlavə ağız boşluğu və udlağın xərçəng xəstəliklərinin əsas səbəbi də siqaretlərin çəkilməsi sayılır. Bronxial astma, vərəm, xroniki bronxit kimi xəstəliklərin əsas inkişaf etmə səbəbi məhz siqaretlərin çəkilməsidir. Ümumiyyətlə siqaretlər insanın bütün nəfəsalma sisteminə dağıdıcı təsir göstərir.

İkinci əsas zərərli maddə nikotindir. Bu narkotik maddədir. Bütün digər narkotik maddələr kimi, nikotin də insanda güclü asılılıq yaradır. Əvvəl nikotin insanın beynini stimullaşdırır. Məhz buna görə bəzi kişilər siqaretsiz "fikirləşə bilmirlər". Lakin bu yalançı stimulyasiyadır. Nikotin insan beyninə çox mənfi təsir edir, beyninin tükənməsinə səbəb olur.

Zərərli maddələrin növbəti qrupunu toksik qazlar təşkil edir. Bunlardan ən zəhərlisi karbon oksidi sayılır (buna dəm qazı da deyilir). Karbon oksidi qanımızda olan hemoqlobinlə möhkəm əlaqə yaradır ki, bunun nəticəsində insanın orqanizmində oksigenin defisiti əmələ gəlir. Oksigen insanın bütün orqanizmi üçün çox vacibdir. Oksigensiz həyat yoxdur. Oksigenin xroniki çatışmazlığı insan orqanizmində müxtəlif ciddi və geriyədönməz pozulmalara səbəb olur. İlk növbədə insanın beyini və ürək-damar sistemi əziyyət çəkir. Oksigenin defisiti zamanı ürək daha yüklənmiş şəkildə işləməyə məcbur olur ki, orqanizmə lazım olan miqdarda oksigen çatdırsın. Nəticədə ürək tez yorulur və qocalır.

Məhz bu səbəbdən uzun müddət ərzində siqaret çəkən hətta cavan insanlar adi fiziki gərginliklər zamanı - pilləkənlə qalxdıqda, qaçdıqda və s. - çox tez yorulur, təngnəfəs olurlar. Bu maddələrdən əlavə siqaretlərin tərkibində güclü zəhərlər və kanserogenlər hesab olunan arsen, metan, ammoniy, formaldeqid, sianid turşusu, radioktiv maddələr və s. var. Sigaretlərin insan orqanizminə olan güclü mənfi təsiri məhz onların belə "zəngin" tərkibi ilə izah olunur.

Siqaretlərin uzun müddər ərzində çəkilməsinin nəticəsində insanda ateroskleroz, miokardın infarktı, insult, immun sisteminin zəifləməsi riski olduqca çox olur. Ümumiyyətlə siqaret çəkən insanların orqanizmi vaxtından tez qocalır.

Bundan əlavə siqaretlərin çəkilməsi insanların reproduktiv (dölyaratma) sisteminə güclü mənfi təsir edir. Kişilərdə impotensiya, spermatogenezin (spermatozoidlərin inkişafı) pisləşməsi, qadınlarda isə sonsuzluq, vaxtından tez doğuş, xəstə uşaqların doğulması riski artır.

Bildiyimiz kimi, siqaretlərin çəkilməsi bütün orqanizmdə damarların daralmasına və nəticə etibarilə qan dövranının ciddi pozulmasına səbəb olur. Belə pozulmalar, o cümlədən, ətraflarda (ayaq və əllərdə) əmələ gəlir ki, bunun nəticəsində insanda qanqrena (bədənin bir yerində toxumaların ölməsi) inkişaf edə bilər. Belə qanqrenanın xüsusi adı da var - "tütün qanqrenası". Qanqrenanın yeganə müalicə yolu zədələnmiş ətrafın kəsilməsidir. Əks halda insan həlak ola bilər.

Siqaretdən bu gün imtina edin!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...