Fast food nədir?- Onun qorxulu zərərləri

Qida məsələsi daima insan sağlamlığı üçün ən başlıca aktual mövzu olub. Bütün zamanların vacib mövzusu, bu gun daha qabarıq şəkildə özünü büruzə verir. İndi yediyimiz qidalarla bağlı həddindən artıq sualların meydana gəlməsi, bizə təqdim olunan bir sıra qidaların isə həttda ölümcül fəsadlara yol açması, bizi bu məsələdə daha həssas olmağa vadar edir. Xüsusi ilə qəlyanaltı yeməklərin insan orqanizmi üçün ölümcül təhlükə daşıması təkzibolunmaz faktdır.

Fastfud nədir?

Fastfud qısa bir zaman ərzində hazırlanan və hazırlanmasında bir neçə qida vasitəsindən istifadə edilən qidadır. Bu qidalara aşağıdakılar aiddir:

* hamburqer
* qızardılmış kartof (fri)
* çizburqer
* dönər
* lahmacun və s.
Əksər hallarda bu qidadan cavanlar istifadə edir. Amma onlar bu qidaları qəbul etməklə özlərinə nə qədər zərər verdiklərindən xəbərsizdirlər. Belə ki, müştəri cəlb etmək üçün fastfud qidalarına dadlandırıcılar və qida aromatizatorlarının vurulduğundan xəbərsizdirlər.
Fastfud məhsullarının hamısına konservantlar qatılır. Bu konservantlar orqanizmdə xərçəng hüceyrələrinin inkişafını sürətləndirir.
Fastfudlara müxtəlif dadlandırıcılar və qida aromatizatorları əlavə edilir ki, bunlar da kimyəvi üsullarla hazırlanır. Bu dadlandırıcılar orqanizm üçün çox zərərli hesab edilir.
Fastfudların hazırlanmasında istifadə edilən ətlərin də əksəriyyətinin mənbəyi bəlli olmur. Onlara vurulan ədviyyatlar və dadlandırıcılar bu qidaların dadlı olmasına səbəb olur.
Fasfud orqanizmdə aşağıdakı patologiyaların əmələ gəlməsinə səbəb olur:
* piylənmə
* təzyiq
* əsəbilik
* uşaqlarda inkişaf pozğunluqları.

Bütün xəbərlər Facebook səhifəmizdə