İmmunitetin zəifləməsinin əsas 3 səbəbi...

İmmun sisteminin yüksək səviyyədə olması insanın sağlamlığı üçün ən önəmli şərtlərdəndir. Bu səbəbdən immun sistemini daim yüksək səviyyədə saxlamaq çox vacibdir. Maraqlıdır ki, bəzi əhəmiyyət vermədiyimiz faktorlar immun sisteminə çox ciddi zərbə vurur. Bu faktorları bilmək və onları həyatımızdan kənarlaşdırmaq olduqca vacibdir.

1. Yalnızlıq. Müxtəlif ölkələrdə aparılmış araşdırmalar göstərir ki, yalnız, qapalı, digər insanlarla ünsiyyət qurmaqda çətinlik çəkən insanlarda bütün immun sistemi göstəriciləri aşağı səviyyədə olur. Alimlər bunu bu insanın qanında stress hormonlarının səviyyəsinin yüksək olması ilə əlaqələndirir. Stress hormonlarının yüksək səviyyədə olması immuniteti zəiflədir.

insanlara çətin, stress vəsiyyətinə düşdükdə, öz problemlərini yaxınlar, ailəsi ilə paylaşmağı tövsiyə edir. Ünsiyyət qanda stress hormonlarının azalmasına kömək edir. Beləliklə, ünsiyyət tək insanın sosiallaşmasında deyil, sağlamlığında da əhəmiyyətli rol oynayır.

2. Yuxunun az olması. İnsanın immun sistemi, bütün digər sistemlər kimi yuxu zamanı bərpa olunur. Yuxunun az olması, yuxusuzluq bu prosesi pozur ki, immunitet bərpa olunmağa çatdırmır. Alimlərin fikirinə görə, 6-8 saat gecə yuxusu insan sağlamlığında və o cümlədən immun sisteminin normal fəaliyyətində çox böyük rol oynayır.

3. Şəkər, şirniyyatlar. Müxtəlif ölkələrdə aparılmış eksperimentlər göstərib ki, şəkərin həddindən artıq miqdarda qəbulu immun hüceyrələrinin fəaliyyətinə mənfi təsir edir, insanın infeksiyalara qarşı davamlılığını azaldır. Hətta şəkərin qəbulundan bir neçə saat keçdikdən sonra immun sisteminin səviyyəsi aşağı olur. Şəkər dedikdə müxtəlif şirniyyatlar, şəkərlə zəngin qazlı içkilər (cola, fanta və s.) və s. nəzərdə tutulur.

Məhz bu səbəbdən həkimlər infeksion xəstəliklər zamanı, xüsusilə ilk 2-3 gün ərzində, şirniyyatlardan imtina etməyi tövsiyə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...