Martın 1-i Ümumdünya İmmunitet Günüdür

Hər il martın 1-i Ümumdünya İmmunitet Günü qeyd edilməsi həmin problemlərə insanların diqqətini cəlb etmək məqsədi güdür. 2002-ci ildə Dünya Səhiyyə Təşkilatı həmin günün qeyd edilməsi təşəbbüsü ilə çıxış edib. Aparılan klinik araşdırmalara görə dünya əhalisinin 7-15 faizi immunitet zəifliyindən əziyyət çəkir. İnsanı qoruyan hüceyrələrin təxminən 80 faizi mədə-bağırsaq boşluğunda yerləşir. Yaşadığımız həyatda hər gün saysız-hesabsız bakteriyalarla üzləşirik, lakin immun sistemin sayəsində onlardan qorunaraq xəstəliklərə yoluxmuruq. Bu mənada immun sistemi orqanizm üçün etibarlı sipər rolu oynayır. Qədimlərdən bəri əbəs yerə "təmizlik – sağlamlığın rəhnidir" söyləmirlər.

Ona görə də düzgün qidalanma immunitetin möhkəm olmasının əsas şərtlərindən biri sayılır və qida rasionunda meyvə, tərəvəz, müxtəlif sıyıqlar və ağartı məhsulları olmalıdır. Çay içilməsi də immuniteti artıran vasitələrdən hesab olunur. Tədqiqatçıların hesablamalarına görə, müntəzəm olaraq çay içmək immun sisteminin müqavimət qabiliyyətini 5 dəfəyə qədər artırır.

Şirniyyata çox meyilli olmaq immuniteti zəiflədir. Rafinə edilmiş şəkər, konfet və ya qazlı şirin içkilər istehlak edənlər immun sisteminin xəstəliklərinə daha çox məruz qalırlar.

Yaxşı qidalanma, sağlam yuxu, hərəkət, tütündən və alkoqoldan imtina, özünün və onu əhatə edənlərin psixikasına qayğıkeş münasibət və əlbəttə ki, gigiyena qaydalarına riayət olunması orqanizmi, o cümlədən immuniteti möhkəmləndirir. Məhz bunun sayəsində ağız, burun, dəri və mədədən gələn infeksiyalara qalib gəlmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə