Diqqət: Bu pis vərdiş insultun riskini artırır!

Yaponiya alimləri araşdırmalar nəticəsində sensasion nəticələrə gəliblər. Onlar sübut edir ki, səhər yeməyindən daim imtina edən insanlarda gemorragik insultun inkişafı riski 36% artır.

Japan Times xəbər verir ki, Osaka Universiteti alimləri 25 il ərzində 45 yaşdan 74 yaşına qədər olan 80 mindən artıq insanların sağlamlığına nəzarət edirdilər. Araşdırma göstərib ki, səhər yeməklərindən tez-tez imtina edən insanlarda gemorragik insultun riski xeyli artır.

Alimlər səhər yeməklərinin vacibliyini vurğulayırlar və insanlara bu vacib qida qəbulundan imtina etməməyi tövsiyə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə