Həkim: "Böyrək problemləri bəzən gizli davam edir"

"Böyrəklərdə yaranan problemlər bəzən gizli davam edə bilər." Bu barədə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin cərrah-uroloqu, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan danışıb.

Həkim bildirib: “Sidik ifrazatında yaranan problemlər, qan təzyiqinin yüksəlməsi, böyrəklərdə ağrılar kimi əlamətlər böyrəklə bağlı bir sıra problemlərin əlamətləri ola bilər. Bu əlamətlərin heç biri olmasa belə hər bir kəs ildə bir dəfə uroloji müayinədən keçməlidir. Bu xəstəliklər çox vaxt gizli keçə bilər və bu orqanın itirilməsi ilə nəticələnə bilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə