Səhiyyə naziri Bərdə rayonunda vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə əlaqədar müraciətlərinin həllinə kömək göstərirlər.

Fevralın 9-da səhiyyə naziri Oqtay Şirəliyev ölkə rəhbərinin tapşırığına uyğun olaraq Bərdə rayon Diaqnostika Mərkəzində vətəndaşların növbəti qəbulunu keçirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, nazir Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonlarından olan 13 nəfəri qəbul edərək onların şikayət, təklif və fikirlərini dinləyib.

Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb və onların bəziləri yerindəcə həll edilib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...