Musa Quliyev: "Orqan və toxumaların reyestr sistemi yaradılmalıdır"

"Sağ ikən orqanını verən, lakin sonradan orqana ehtiyacı olan şəxsə transplantasiya zamanı güzəştlər edilməlidir. Bu güzəşt maddi baxımdan da ola bilər". SİA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev komitənin iclasında “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair keçirilən dinləmələrdə deyib.

Bu məsələnin qanuna daxil edilməsinin tərəfdarı olan deputat qeyd edib ki, “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanuna tibbi etika məsələləri ilə bağlı xüsusi müddəaların olması vacibdir: “Qanunda beyin ölümü anlayışı ümimi şəkildə verilsə də, onu müəyyən edəcək ekspert həkimlər, onun müəyyən edilməsi yolları verilməyib. Biz orqan və toxumaların milli məlumat sistemini - reyestr sistemini yaratmalıyıq. Bilək ki, harada və hansı klinikada bu orqan və toxumalar var və transplantasiyaya nə qədər adamın ehtiyacı var”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə