Antenatal nəzarət daha da gücləndirilib

Hər il Quba Regional Perinatal Mərkəzində 3000-dən artıq doğuş qəbul olunur. Quba Regional Perinatal Mərkəzin baş həkimi Şəhla Həsənovanın SİA-ya verdiyi xəbərə görə, mərəkəzə daxil olan hamilələrin 47%-i risk qrupuna aiddir: "Onlardan 8%-ni ağır preeklampsiyası, 31%-ni orta və ağır dərəcəli anemiyası, 8%-ni xroniki venoz çatmamazlığı olan hamilələr təşkil edib".

Onun sözlərinə görə, Quba Regional Perinatal Mərkəzində son illər ərzində mütəmadi aparılan metodiki işlər nəticəsində Şimal regionunun hər bir bölgəsində antenatal nəzarət daha da gücləndirilib: "Mərkəz yeni avadanlıqla təmin olunduqdan sonra göstərilən xidmətin keyfiyyəti daha da yaxşılaşıb. Əvvəlki illərlə müqayisədə 2017-ci il ərzində ağır qanaxmaların sayı sıfıra enib. Ətraf rayonlardan çox kritik vəziyyətdə daxil olan 8 preeklampsiyalı hamilədən, 8–nində uşağının və özünün həyatı xilas edilib".

Baş həkim əlavə edib ki, Quba Regional Perinatal Mərkəzinə ətraf rayonlardan köçürülən yenidoğulmuşların sayı 3 dəfə artmaqla, 110 uşaq təşkil edib: "Ümumi 80 vaxtından əvvəl doğulmuş uşağa dövlət təminatlı Kurosurf preparatı yeridilib".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə