Bu qidaları qəbul edin, xərçəng sizdən uzaq gəzsin!

Süd vəzi xərçəngi demək olar ki, hər 30 yaşdan yuxarı qadınların qarşı-qarşıya qala biləcəyi bir riskdir. Günümüzdə keçmişlə müqayisədə hər keçən gün daha çox döş xərçəngi diaqnozu ilə qarşılaşırıq. Bunun səbəbi müəyyən miqdarda genetik faktorlar, istifadə etdiyimiz kosmetik məhsullar içində olan kimyəvi maddələr, yediyimiz ərzaqlardakı xərçəngə yol açan qidalar olur. Yediyimiz və istifadə etdiyimiz məhsulların tərkibindəkilərə diqqət edərək döş xərçənginə tutulma riskini azalda bilərik. Buna görə də bu mövzuda geniş axtarış edib hansı qidanı yeyib-yeməyəcəyimizi öyrənmək lazımdır. Sputnik Türk tibb mütəxəssisi, Prof.Dr.Erkan Topuzun qadınlara məsləhət gördüyü qidaları diqqətinizə çatdırır.

Limon və naringi qabığı

Limon və naringi qabığında şişi əridə bilən və çoxalmasının qarşısını alan maddələr vardır. Buna görə də bu qabıqların atılmaması, sirkəli suda yuyularaq yeyilməsi məsləhət görülür.

Nar

Nar suyu, dənəsi və qabığının da xərçəngin qarşısını alma gücü vardır. Hər meyvəni mövsümündə yeməyə diqqət edərək narı da qabığı ilə birlikdə yeyə bilərsiniz.

Göbələk

Göbələyin sağlamlığa faydası hər kəsə məlumdur. Ancaq çalışın əsmər göbələklərdən istifadə edin. Çünki ağ göbələkər xərçəng əmələ gətirən maddələrlə ağardılmışdır.

Qırmızı meyvələr

Moruq, çiyələk, böyürtkəndən mövsümündə bolluca istifadə edin. Həm də yarpaqlarından çay dəmləyib içməkdə fayda vardır. Şişləri əritmək təsiri olduqca çoxdur.

Dərman rozmarini

Rozmarin demək olar ki, bütün xəstəliklər üçün çox faydalı bitkidir. Hətta evdə dibçəkdə yetişdirə biləcəyiniz bir bitkidir. Şişləri əritməkdə təsirlidir. Rozmarinlə yanaşı quzuqulağı, zəncirotu da çox faydalı bitkilərdir.

Yerkökü

Yerköküdə A vitaminin çox olması dəri, böyrək və döş xərçəngi ilə mübarizə aparmaqda köməyimizə çatır.

Pomidor

Pomidoru mövsümündə istifadə etmək çox vacibdir. İyul və sentyabrın sonuna qədər yetişdirilən pomidordan tomat düzəldib istifadə edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...