Astma xəstələri üçün 10 vacib məsləhət!

Astma nəm, rütubətli havanın insanlarda yaratdığı ciddi sağlamlıq problemlərindən biridir. Genetik olan astma xəstəliyi ilə yanaşı nəmişlik və rütubətdən yaranan astma tutmaları da olur. Bu zaman xəstə nəfəs almaqda çətinlik çəkir, hətta boğulma halları da baş verə bilər. Bəs astma tutmaları zamanı xəstə nə etməlidir? Ailəm.az astma tutmalarından qorunmağın 10 praktik yolunu sizə təqdim edir. Bunlara əməl etməklə tutmaları əngəlləyə və rahat həyat sürə bilərsiniz.

1. Siqaret çəkilən yerlərdən uzaq durun.

2. Evinizin havasını tez-tez dəyişdirin.

3. Yataq otağınızda xalçadan istifadə etməyin. Parça döşəməli əşyalar yerinə süni dəri, plastik və taxtadan hazırlanmış əşyalardan istifadə edin.

4. Evdə nəm, rütubətdən qabarmış, çatlamış divarlar varsa, mütləq təmir etdirin. Kif atmış əşyaları evdə saxlamayın.

5. Qış ayları boyunca vücud sağlamığını və möhkəmliyini artıran bol vitaminli meyvə və tərəvəzlər yeyin.

6. Yeni yuduğunuz yaş saçlarla bayıra çıxmayın.

7. Soyuq, quru havada idman etməkdən çəkinin. İdman etmədən öncə isinmə hərəkətləri edin.

8. Təbii qidalarla qidalanmağa çalışın.

9. Az və tez-tez yemək yeyin.

10. Yatarkən hündür yastıqlardan istifadə edin və başın yuxarı hissəsini bir az hündür edin.

Bütün xəbərlər Facebook səhifəmizdə