"Səhiyyə sahəsində görülən işlər 2018-ci ildə də davam etidiriləcək" AÇIQLAMA

"Ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar uğurlu nəticələr verməkdədir". Bu fikri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov deyib.

Səhiyyə sahəsində aparılan islahatlar sırasında icbari tibbi sığorta sisteminin tətbiqi istqamətində görülən işlər də mühüm əhəmiyyət kəsb etdiyini deyən komitə üzvünün sözlərinə görə, icbari tibbi sığortanın tətbiqinə dair pilot layihələr uğurla həyata keçirilir: "Növbəti mərhələdə hökumət tərəfindən icbari tibbi sığortanın daha geniş miqyasda tətbiq olunması ilə bağlı müvafiq qərar qəbul edilməsi nəzərdə tutulur. Hazırda isə bu sahədə irəliyə doğru addımlar atılmaqdadır".

E. Məmmədov qeyd edib ki, icbari tibbi sığorta xidmətinin sferasının daha da genişləndirilməsi nəzərdə tutulur: "Belə ki, ötən il icbari tibbi sığorta ilə bağlı Mingəçevir və Yevlaxda pilot layihələrin həyata keçirilməsinə başlandı. Təmsil olunduğum Yevlax rayonunda əhali bu layihələrdən çox səmərəli sitifadə edib və bu layihəni dəstəkləyir. İnanırıq ki, yaxın zamanlarda bu sistem bütün ölkə üzrə tətbiq ediləcək".

"Ötən il səhiyyə sahəsində əldə olunan uğurlara diqqət yetirsək, 2017-ci ilin bütövlükdə bu sahə üçün də uğurlu olduğunu deyə bilərik. Hər il olduğu kimi ötən ildə də ölkəmizdə fəaliyyət göstərən tibb müəssisələri müasir tibbi avadanlıqlarla təmin edilib, kadr potensialının səviyyəsi yüksəlib. Hesab edirəm ki, səhiyyə sahəsində görülən işlər 2018-ci ildə də uğurla davam etdiriləcək"- deyə, deputat əlavə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə