Azərbaycanda zəhərlənmələrlə bağlı 11 ayın YEKUNU

Cari ildə Azərbaycanda qida zəhərlənmələrinin statistikası açıqlanıb. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov SİA-ya açıqlamasında bildirib ki, cari ilin yanvar-noyabr aylarında 318 qida zəhərlənməsi baş verib. Onun sözlərinə görə, ümumilikdə qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib.

Cari ildə zəhərlənmə hadisələrindən 528 nəfərin zərər çəkdiyini dilə gətirən şöbə müdiri söyləyib ki, sözügedən müddətdə 19 botulizm hadisəsi baş verib: "Nəticədə 35 nəfər zəhərlənib, 4 nəfər dünyasını dəyişib. Botulizmdən sonuncu ölüm hadisəsi Bakının Nəsimi rayonu ərazisində, hisə verilmiş balıqdan baş verib. Ondan əvvəl baş verən ölüm hadisələrinə isə məişət şəraitində hazırlanmış konservləşdirilmiş məhsullar səbəb olub.

Məlumat üçün nəzərinizə çatdıraq ki, 2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycanda 573 qida zəhərlənməsi hadisəsi baş verib, 848 nəfər qidadan zəhərlənib, 2 nəfər isə dünyasını dəyişib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə