Xəbərdarlıq: "Bitki çayları doğru istifadə olunmadıqda zərər verir"

"Bitki çayları doğru istifadə olunmadıqda faydadan çox, zərər verir". Türkiyə mətbuatının yazdığına görə, bunu Türkiyənin Yeditəpə Universitetinin professoru Ərdəm Yeşilada bildirib. Onun sözlərinə görə, bitki çayları vitamin mənbəyi və bir çox xəstəliklərin müalicəsinə kömək edir. Amma tərkibi bilinməyən bitkilər istifadədən əvvəl mütləq araşdırılmalıdır: "Havaların soyuq keçdiyi qış aylarında xəstəliklərdən qorunmaq üçün immuniteti gücləndirmək vacibdir. Bu baxımdan cökə çayı, zəncəfil, adaçayı, itburnu kimi bitki çayları çox faydalıdır. Ancaq bitki çaylarından gözlənilən faydanı əldə etmək üçün məlumatlı şəkildə hazırlanmalıdır. Haradan toplandığı bilinməyən, açıqda satılan və məlumatsız şəkildə hazırlanan bitki çayları faydadan çox, zərər verir".

Ə.Yeşilada deyib ki, düzgün şəkildə dəmlənmiş bitki çayları ilə immuniteti gücləndiurmək olar: "Həmin bitkilərin dəmlənməsindən 2-3 fincan qəbul etməklə orqanizmin məruz qaldığı bakteriyalara qarşı immuniteti gücləndirmək mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB