Ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bölgələrdə vətəndaşların qəbulu qurum rəhbərləri tərəfindən davam etdirilir. Şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq dekbrın 8-də 22-də Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 11:00-dan etibarən Saatlı rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edib. Səhiyyə Nazirliyinin mətbjat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbula müraciət edib, Saatlı, Sabirabad, Şırvan, Hacıqabul rayon sakinləri öz müraciətləri, şikayət, təklif və fikirlərini nazirə bildiriblər.

Qəbula gələn müraciətdə qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə