Səhiyyə naziri Biləsuvarda vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər.

Növbəti belə qəbul noyabrın 24-də Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında keçirilib.

Səhiyyə Nazirliyin mətbuat xidmətindən bildirilib ki, qəbul zamanı nazir Oqtay Şirəliyev Biləsuvar, Cəlilabad, Salyan, Neftçala rayonlarından olan 16 vətəndaşın sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.

Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

loading...