Alimlər beş məhsulun adını çəkiblər ki, bu məhsullar gözəllik salonlarına getmədən dərini parlaq və sağlam edə bilir.

Kakao: tərkibində yüksək səviyyədə flavanollar var. Bu bitki tərkibli maddə antioksidant xarakterə malikdir və dərini zərərli günəş şüalarından qoruyur. Bundan başqa dərini daha hamar etmək üçün çimərkən vannaya 1/8 stəkan kakao və 1/3 stəkan yağsız,quru süd əlavə etmək olar.

Kəsmik: Kəsmiyin tərkibində yüksək səviyyədə ağartı var ki, bu da kollaqqenin istehsalı üçün vacib olan qidalandırıcı maddədir. Məhsulun tərkibində olan lifli maddələr dərinin cavan görünməsini təmin edir.

Çiyələk: Vitamin C ilə zəngindir. Bu da dərini pis ekologiyadan qoruyur.

Avokado: bu məhsullar arasında gözəllik kralıdır. Avokado antioksidantlarla və mübadiləsiz yağlı kislotlarla zəngindir. Bu da dərini hamarlaşdırır.

Çay: bütün çaylar dəri gözəlliyi üçün faydalıdır. Yaşıl və ağ çay isə xüsusilə, çünki onların tərkibində daha çox antioksidant var nəinki qara çayın.

Kofe: dərini günəş şüalarından qoruyur, dərinin boşalmasına və qırışmasına səbəb olan kollagen və elastin dağılmasının qarşısını alır.

Bütün xəbərlər Facebook səhifəmizdə