Onkoloqlar sarkomanın ilkin əlamətlərini açıqlayıblar

Sarkomanı tez-tez onkoloji xəstəliklərlə qarışdırırlar, lakin əslində o, bədxassəli törəmə növüdür və insan orqanizmində hər hansı orqana bağlanmayaraq yarana bilər.

Hronika.info saytının yazdığına görə, radiasiya və kimyəvi maddələrin təsiri, irsi amil, zərərli vərdiş, xüsusən siqaretçəkmə, immunitet zəifliyi, hormonal disfunksiya sarkomanın yaranma səbəblərindəndir.

Sarkomada birləşdirici toxumanın hüceyrələri ani olaraq bölünür və bunu dayandırmaq çox çətindir. Məhz buna görə sarkomanın əlamətləri xəstəliyin ilkin mərhələsində özünü göstərir. Ayaqda ağrıların gecəvaxtı güclənməsi, bağırsaq keçməzliyi və qarında ağrılar, təngnəfəslik, boynun tez-tez şişməsi, mimikanın pozulmasına gətirib çıxaran üz və baş əzələlərinin deformasiyası, aşağı ətraflarda elefantiaz və ya ayaqların çox şişməsi, damar genişlənməsi və tromboflebit sarkomanın əlamətlərindən ola bilər.

loading...