574 məktəblidə skoliozun ilkin əlamətləri aşkarlanıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) pilot ərazilərdə - Mingəçevir şəhərində və Yevlax rayonunda 13-26 oktyabr tarixlərində skoliozun (onurğa sütununun əyriliyi – red) profilaktikasına həsr olunmuş sağlamlıq həftələri təşkil edib. Agentlikdən SİA-ya verilən məlumata görə, məktəbyaşlı uşaqlarda onurğa sütunu əyriliklərinə daha çox rast gəlindiyini, erkən aşkarlanma zamanı profilaktik tədbirlərin daha səmərəli olduğunu nəzərə alaraq, İTSDA Yevlax rayonunda fəaliyyət göstərən 33 orta ümumtəhsil məktəbində skoliozun profilaktikası üzrə müayinələr təşkil edib və 9228 şagird müayinələrə cəlb olunub.

Müayinələrin nəticəsində 574 məktəblidə skoliozun ilkin əlamətləri aşkarlanıb və onlar ətraflı müayinə üçün ailə və ixtisas həkimlərinə yönləndirilib.

Məktəblərdə aparılmış müayinələrlə yanaşı Yevlax rayonunda və Mingəçevir şəhərində yerləşən Ailə Sağlamlıq Mərkəzlərinə müxtəlif yaş qrupuna aid olan 291 nəfər müraciət edərək tibbi müayinələrdən keçiblər.

Ümumilikdə isə skoliozun profilaktikası üzrə sağlamlıq həftələri çərçivəsində tibbi müayinələrdən keçənlərin sayı 9519 nəfər təşkil edib. Onlardan 32 nəfərinə rentgen müayinəsindən keçmək üçün göndəriş verilib. Rentgen müayinəyə göndərişlərin səbəbləri də müxtəlif olub: yeriyərkən bir tərəfə əyilmə, çiyinlərdə və çanaqda asimmetriyalar, onurğada ağrılar və s.

Müraciət edən vətəndaşların 9294 nəfəri 0-15, 45 nəfəri 16-25 yaş, 38 nəfəri 26-35, 41 nəfəri 36-45 yaş, 42 nəfəri 46-55 yaş, 44 nəfəri 56-70 yaş arasında, 15 nəfəri isə 70 yaşdan yuxarı olublar.

Aparılan müayinələr zamanı bir sıra patologiyalar erkən aşkarlanıb. Müayinəyə gələnlərin 567 nəfərində skolioz, 16 nəfərində kifoz, 4 nəfərdə isə onurğa deformasiyaları tapılıb. Bundan əlavə 100 nəfərdə 1-ci dərəcəli skolioz, 79 nəfərdə isə skolioza meyllilik olduğu aşkarlanıb. Digər müraciətlərdə onurğa sütunu ilə bağlı heç bir patologiya aşkarlanmayıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) pilot ərazilərdə - Mingəçevir şəhərində və Yevlax rayonunda 13-26 oktyabr tarixlərində skoliozun (onurğa sütununun əyriliyi – red) profilaktikasına həsr olunmuş sağlamlıq həftələri təşkil edib.

Məktəbyaşlı uşaqlarda onurğa sütunu əyriliklərinə daha çox rast gəlindiyini, erkən aşkarlanma zamanı profilaktik tədbirlərin daha səmərəli olduğunu nəzərə alaraq İTSDA Yevlax rayonunda fəaliyyət göstərən 33 orta ümumtəhsil məktəbində skoliozun profilaktikası üzrə müayinələr təşkil edib və 9228 şagird müayinələrə cəlb olunub.

Müayinələrin nəticəsində 574 məktəblidə skoliozun ilkin əlamətləri aşkarlanıb və onlar ətraflı müayinə üçün ailə və ixtisas həkimlərinə yönləndirilib.

Məktəblərdə aparılmış müayinələrlə yanaşı Yevlax rayonunda və Mingəçevir şəhərində yerləşən Ailə Sağlamlıq Mərkəzlərinə müxtəlif yaş qrupuna aid olan 291 nəfər müraciət edərək tibbi müayinələrdən keçiblər.

Ümumilikdə isə skoliozun profilaktikası üzrə sağlamlıq həftələri çərçivəsində tibbi müayinələrdən keçənlərin sayı 9519 nəfər təşkil edib. Onlardan 32 nəfərinə rentgen müayinəsindən keçmək üçün göndəriş verilib. Rentgen müayinəyə göndərişlərin səbəbləri də müxtəlif olub: yeriyərkən bir tərəfə əyilmə, çiyinlərdə və çanaqda asimmetriyalar, onurğada ağrılar və s.

Müraciət edən vətəndaşların 9294 nəfəri 0-15, 45 nəfəri 16-25 yaş, 38 nəfəri 26-35, 41 nəfəri 36-45 yaş, 42 nəfəri 46-55 yaş, 44 nəfəri 56-70 yaş arasında, 15 nəfəri isə 70 yaşdan yuxarı olublar.

Aparılan müayinələr zamanı bir sıra patologiyalar erkən aşkarlanıb. Müayinəyə gələnlərin 567 nəfərində skolioz, 16 nəfərində kifoz, 4 nəfərdə isə onurğa deformasiyaları tapılıb. Bundan əlavə 100 nəfərdə 1-ci dərəcəli skolioz, 79 nəfərdə isə skolioza meyllilik olduğu aşkarlanıb. Digər müraciətlərdə onurğa sütunu ilə bağlı heç bir patologiya aşkar olunmayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə