Mehriban Əliyevanın təşəbbüsü ilə təmir olunan xəstəxana istifadəyə verilib

Azərbaycan Respublikasının Birinci-Vitse Prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə təmirinə başlanılmış Masallı Rayon Mərkəzi Xəstəxanası 19.10.2017-ci il tarixində əhalinin istifadəsinə verilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səhiyyə naziri cənab Oqtay Şirəliyevin iştirakı ilə açılan xəstəxana 223 min əhaliyə lazımi tibbi xidmət göstərəcək.

Masallının Mərkəzi Rayon Xəstəxanası 10 korpusdan A,B,V,Q. korpuslarından ibarətdir. Bura uşaq xəstəlikləri, yoluxucu xəstəliklər, təcili yardım məntəqəsi, təsərrüfat, mətbəx korpusları, habelə, Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Masallı Rayon şöbəsinin korpusu, Səhiyyə Nazirliyi Təcili Tibbi Yardım Stansiyasının Masallı Regional Məntəqəsinin korpusları daxıldır.

206 həkim,454 nəfər orta tibb işçisi, 326 nəfər kiçik tibb işçiləri olmaqla ümumilikdə xəstəxanada 986 tibb işçisi çalışır. Xəstəxanada keyfiyyətli tibbi xidmət göstərilməsi üçün bütün avadanlıqlarla, tibbi preparatlarla tam təmin olunub.

Belə ki, KT, müasir Rentgen, Flüoraqrafiya, USM müayinə aparatları, exokardioqrafiya, Hemodializ aparatları, ən müasir Süni tənəffüs aparatları, cərrahiyə stolları, yenidoğulmuşların reanimasion otağında müasir tibbi avadanlıqlar, stomotoloji avadanlıqlar, elektrik sorucular, travmatoloji xəstələrin müayinə və müalicəsi üçün hərəkətli rentgen aparatı və.s tibbi avadanlıqlar xəstələrə yüksək səviyyədə tibbi yardım göstərməyə imkan verəcək.

Müəllif: Nailə Məhərrəmova
loading...