Cari ildə ana ölümü ilə bağlı rəsmi statistika

Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində 17 ana ölümü faktı qeydə alınıb. SİA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib.

Baş mama-ginekoloq bu sayın ötən ilin müvafiq dövrü ilə müqayisədə artmadığını da söyləyib:

"Ümid edirik ki, ilin sonuna qədər ana ölümlərinin sayı ötən illə müqayisədə az olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə