Qobustanda ana ölümünün ilkin səbəbləri RƏSMi

Qobustanda qeydə alınan ana ölümünün ilkin səbəbi açıqlanıb. SİA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova deyib ki, Qobustanda 1988-ci il təvəllüdlü Zümrüd Günəşlinin qanaxmadan öldüyü ehtimal edilir.

Bu, qadının dördüncü hamiləliyi və doğuşu olub. Onun sözlərinə görə, meyit müayinə olunmaq üçün pato-marfoloji təşrihə verilib.

S.Məmmədova qeyd edib ki, eskpertizanın rəyi təxminən bir həftədən sonra hazır olacaq və daha dəqiq səbəb məlum olacaq

Bütün xəbərlər Facebook səhifəmizdə