Rezidentlərin yekun attestasiyasının vaxtı açıqlanıb

Rezidentlərin yekun attestasiyası Səhiyyə Nazirliyinin əmri ilə təsdiq edilmiş Attestasiya Komissiyası tərəfindən aparılacaq. Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, Naxçıvan Dövlət Universitetinin rezidentlərinin yekun attestasiyası həmin universitetdə, digər klinik bazaların rezidentlərinin yekun attestasiyası Azərbaycan Tibb Universitetində keçiriləcək.

Yekun attestasiya iki mərhələdə (test və praktiki) aparılacaq.

Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Yekun attestasiyanın test mərhələsi oktyabrın 25-də Azərbaycan Tibb Universitetinin Virtual Test Mərkəzində (VTM) keçiriləcək. İmtahan rezidenturada təhsil müddəti iki və üç il olan ixtisasların məzunları üçün saat 12.00-da, təhsil müddəti dörd və beş il olan ixtisasların məzunları üçün saat 13:00-da başlayacaq. Oktyabrın 14-dən rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə VTM-də istifadəçi şifrəsini əldə edə bilərlər. 23-24 oktyabr tarixlərində saat 14:00-da VTM-də yekun attestasiyanın test mərhələsi ilə əlaqədar rezidentlər üçün treninq keçiriləcək.

Yekun attestasiyanın praktiki mərhələsi 27-30 oktyabr tarixlərində saat 09.00-da baş tutacaq. Rezidentlərin göstərilən günlərdə saat 08.45-də şəxsiyyət vəsiqələri ilə ixtisas üzrə yekun attestasiyanın keçirildiyi müəssisədə olmaları tələb olunur. Rezidentlərin yekun attestasiyanın praktiki mərhələsində iştirakının qrafiki aşağıda verilib:

Tarix və vaxt

İxtisaslar

Attestasiyanın keçiriləcəyi yer

27 oktyabr 2017-ci il, saat 9:00

Psixiatriya

Narkologiya

Bakı şəhəri 2 nömrəli Psixiatriya Xəstəxanası

Ümumi cərrahiyyə

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, X mərtəbə

Neyrocərrahiyyə

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, IX mərtəbə

Plastik cərrahiyyə

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VIII mərtəbə

Urologiya

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, XII mərtəbə

Nefrologiya

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, IV mərtəbə

Revmatologiya

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, XI mərtəbə

İmmunologiya

Azərbaycan Tibb Universitetinin 5 nömrəli tədris binası, I mərtəbə

Ftiziatriya

Elmi-Tədqiqat Ağçiyər Xəstəlikləri İnstitutu (Azərbaycan Tibb Universitetinin Ftiziatriya kafedrası)

Gigiyena

Azərbaycan Tibb Universitetinin 1 nömrəli tədris binası, IV mərtəbə

Mikrobiologiya

Azərbaycan Tibb Universitetinin 4 nömrəli tədris binası, III mərtəbə

Laboratoriya işi

Azərbaycan Tibb Universitetinin 4 nömrəli tədris binası Biokimyəvi laboratoriya

Genetika

Azərbaycan Tibb Universitetinin 4 nömrəli tədris binası, III mərtəbə

Epidemiologiya

Azərbaycan Tibb Universitetinin 5 nömrəli tədris binası, VII mərtəbə

Anesteziologiya-reanimatologiya

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, IV mərtəbə

Oftalmologiya

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VI mərtəbə

Allerqologiya

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası, I mərtəbə

Yoluxucu xəstəliklər

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, I mərtəbə

Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi

Şüa terapiyası

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, II mərtəbə

Stomatologiya

Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikasının Tədris mərkəzi

Sosial gigiyena və səhiyyənin təşkili

Azərbaycan Tibb Universitetinin 5 nömrəli tədris binası, IV mərtəbə

30 oktyabr 2017-ci il, saat 9:00

Ürək-damar cərrahiyyəsi

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, X mərtəbə

Uşaq cərrahiyyəsi

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, IV mərtəbə

Travmatologiya-ortopediya

Azərbaycan Tibb UniversitetininTədris Cərrahiyyə Klinikası, IX mərtəbə

Onkologiya

Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikası

Mamalıq-ginekologiya

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VI mərtəbə

Fizioterapiya və tibbi bərpa

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, VII mərtəbə

Üz-çənə cərrahiyyəsi

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VIII mərtəbə

Otorinolarinqologiya

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, VIII mərtəbə

Nevrologiya

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, VII mərtəbə

Terapiya

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, VIII mərtəbə

Kardiologiya

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikasının Kardiologiya şöbəsi, I mərtəbə

Ftiziatriya

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (Azərbaycan Tibb Universitetinin Ftiziatriya kafedrası)

Qastroenterologiya

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, XI mərtəbə

Hematologiya

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikasının Hematologiya şöbəsi, XIII mərtəbə

Dermatovenerologiya

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, I mərtəbə

Endokrinologiya

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, IX mərtəbə

Pediatriya

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, V mərtəbə

Şüa diaqnostikası

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası, II mərtəbə

Müəllif: Nailə Məhərrəmova
loading...