Ayaq dırnağında olan göbələyə əlvida!

Ayaq dırnağında göbələk əmələ gələndə dırnağın kənarında sarı ləkəvə ya zolaq əmələ gəlir, dırnaq qalınlaşır, boz-sarı rəngə boyanır və ovxalanaraq qırılır. Müalicə prosedurlarından öncə ayaqlarınızı sabunlu suya qoyaraq yumşaldın və daha sonra yaxşıca qurulayın, xüsusilə barmaqlarınızın arasını

Hər gecə yatmaqdan öncə göbələkdən zədələnmiş dırnaqlarınızı bir diş sarımsaqla silin, çalışın ki sarımsağın suyu dırnağınızn altına da yerisin. Kibritə pambıq dolayın (qulaqtəmizləyənlə də olar) və problemli yerləri ağcaqayın qətranına batıraraq silin. 10-15 dəqiqə sonra qətranı pambıqla silin. Bu proseduru hər gün ayaqlarınızı yuduqdan sonra edin (sağalana kimi). Barmaqlarınızın arasında olan çatlar qaşınırsa 1 çay qaşığı qətranı 3 çay qaşığı günəbaxan yağı ilə qarışdırın və 20 dəqiqəlik problemli hissələrə sürtün. Müalicə bu sxem üzrə aparılır: 1-ci prosedur -2 gün istirahət, 2-ci prosedur – 3 gün istirahət, 3-cü prosedur -3 gün istirahət. Və bu sxemi 1 ay təkrarlayın. Növbəti ay problemli yerləri 5 gündən bir müalicə edin, daha sonra isə 10 gündən bir bu müalicə üsulunu tətbiq edin. Zədələnmiş dırnaqları 20-30% propolis məhlulu ilə və soğan suyu ilə silin. Baş soğanı sürtgəcdən keçirin və əmələ gəlmiş kütləni problemli yerlərə qoyun. Eyni miqdarda sarımsaq suyunu, 90% spirti və distillə edilmiş suyu qarışdırın. Alınan məhlul çox güclü antiseptikdir. Bu vasitə ilə göbələkdən zədələnmiş dırnaqlarınızı və dərinizi müalicə edə bilərsiniz. Çəkilmiş sarımsağı günəbaxan yağı ilə qarışdırın və bu kütləni kompres şəklində problemli hissələrə qoyun. Üstündən sarğı bezi ilə bağladıqdan sonra üzərinə selofan paket keçirin. Səhər sarğını aşın, ayaqlarınızı yuyun və üstündən alma sirkəsi ilə silin. Bu kimi proseduru bir neçə dəfə təkrar etsəniz göbələkdən azad olacaqsınız. Nanə yarpağını əzin, xörək duzu ilə qarışdırın və ayaq barmaqlarınızın arasına sürtərək 1 saat saxlayın. Proseduru sağalana kimi təkrar edin. Səhər şehinin üstü ilə ayaqyalın şəkildə 30 dəqiqə gəzin. Axşam yatmaqdan öncə yaralı ayaqlarınızı sürtgəcdən keçirilmiş şiy kartof ilə kompres edin.

Bütün xəbərlər Facebook səhifəmizdə