Diqqət: Meyvə sularının tərkibindən xəbərdarsınız?

İngiltərədə yerli mətbuat, meyvə sularıyla bağlı bəzi faktlar gündəmə gətirilib. İçərisində kifayət qədər şəkər olan bu meyvə sularının düzgün saxlanmasının vacibliyini qeyd edən qəzetlər, insanları daha diqqətli olmağa çağırıb.

Bangor Universitetində aparılan araşdırma nəticəsində məlum olub ki, artıq kilodan və bəzi xəstəliklərdən əziyyət çəkən insanlarda içkilərə qarşı dad bilmə həssaslıqları azalır, onlarda şəkərə qarşı meyl yaranır.

Eyni universitetin sağlamlıq sahəsində çalışan Dr. Hans-Peter Kubisin apardığı digər araşdırmaya görə bu cür meyvə şirələrin sağlamlıq üçün çox təhlükəlidir. Diabetli insanlara mənfi təsir xüsusi vurğulanıb.

Araşdırma artıq çəkidən əziyyət çəkən insanların meyvə şirələri qəbulundan sonra daha çox şirniyyatlara meylliklərini isə yalnız 4 həftə ərzində xüsusi rejimdən sonra nizama sala biləcəyini göstərib. İnsanların kalorisiz içkilərə üstünlük vermələrinin faydalı oluğunu deyən professor uşaqları şəkərlə bol olan meyvə şirələrindən qorumağı təklif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə