Diqqət: Dəri xərçəngi və əlamətləri

Bu yazımızda dəri xərçəngi və dəri xərçəngi əlamətləri haqqında maraqlandığınız bəzi məlumatları sizlərlə paylaşırıq.

Xəbərdarlıq Əlamətləri:

  • Nizamsız sərhədləri olan kiçik bir lezyon*1 (yara), bədəndə və ya qol və qıçlarda qırmızı, ağ, mavi və ya mavi-qara ləkələr;
  • dərinin hər hansı bir yerində rəngi inci ağından qaraya qədər dəyişən yumru lezyon yaralar;
  • ovuc içi, ayaq dabanı, əl və ayaq barmaqlarının uc qisimlərində tünd rəngli yaralar;
  • günəşə məruz qalmış dəri üzərində daha tünd rəngli xallarla birlikdə geniş qəhvəyi ləkələr;
  • dərinin hər hansı bir yerində qırmızımtıl bənövşəyi ləkələr;
  • ayaq barmaqları və ya ayaqda bənövşəyi-qəhvəyi və ya tünd mavi nodüller *2;
  • üz, qulaq və ya boyunda mirvari kimi yumru şişlər, sinə və ya kürəkdə düz, dəri rəngi və ya qəhvəyi yara izinə bənzər lezyonlar;
  • üz, qulaqlar, boyun, əllər və ya qollarda qabıqla örtülü səthi olan düz lezyon və ya qırmızı nodul;
  • bədənin hər hansı bir yerində görülən dəyişiklik və ya yaxşılaşmayan bir yara.

Xərçəng Riski Faktorları

  • Qadın və kişilərdə qırmızı saç, açıq dəri rəngi;
  • gözlərin mavi olması;
  • uşaqlıqda ciddi günəş yanığı olması;
  • ailənin keçmişində doğum ləkələri.

Əgər yuxarıda sadaladıqlarımızdan dərinizdə varsa MÜTLƏQ həkim müayinəsindən keçin!

  • Lezyon *1– Ümumi mənada hələ tam olaraq xüsusiyyəti təsbit edilməmiş pozuqluq.
  • Nodül *2 – Normal toxumadan fərqlı bir quruluşdakı yumru şəkildə, noxud, bəzən də qoz və ya portağal böyüklüyündə ola bilən anormal toxuma böyüməsi.

Bütün xəbərlər Facebook səhifəmizdə