Azərbaycanda körpələrin 50 faizi ana südi ilə qidalanır

"Azərbaycanda 1992-ci ildən bu günədək olan statistikaya nəzər salsaq ana südü ilə qidalanmanın iki dəfə artığını görərik. Belə ki, 1992-ci ildə əgər uşaqların 25 faizi ana südü ilə qidalanırdısa, hazırda bu rəqəm 50 faiz və daha çox təşkil edir. Bu rəqəmin 100 faizə çatdırılması istiqamətində işlər aparılır". Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, hər bir ana körpənin altı ayına qədər yalnız ana südü ilə qidalandırmağın vacibliyini bilməlidir lazımdır: "Yeni doğulmuş körpəni həyatının ilk saatında ana südü ilə qidalandırmaq doğuşdan sonra döşdən ifraz edilən ağız südü (moloziva) körpənin sağlamlığı üçün çox faydalıdır. Körpə həyatının ilk min günü ana südü ilə qidalanma ömrün sağlam keçməsinə zəmin yaradır. Belə ki, ana südü sağlamlığın əsas təminatıdır. Lakin cəmiyyət inkişaf etdikcə ana südü ilə qidalanmanın dünyada hər il azaldığı müşahidə edilir. Araşdırmalardan bunun bir neçə səbəbi olduğu müəyyənləşdirilib. Bəlli olub ki, insanlar ana südünün tam faydalarını bilmirlər. Digər səbəblər müasir həyat tərzi və süni qida reklamlarıdır. Bundan əlavə ana südünün yalnız körpəyə deyil, anaya da faydalarının cəmiyyətə çatdırılması çox vacibdir. Belə ki, digərlərinə nisbətən uşaq əmizdirən qadınlarda süd vəzi xərçənginin yaranma riski dəfələrlə aşağıdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə