Analitik Ekspertiza Mərkəzi memorandum imzalayıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi ölkə daxilində eləcə də ölkə xaricində də səlahiyyətli olduğu sahənin inkişafı üçün bir çox dövlətlərlə əlaqələrin qurulmasında, qarşılıqlı təcrübə mübadiləsinin təşkilində mühüm addımlar atır. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, o cümlədən əczaçılıq sektorunda əlaqələrin möhkəmləndirilməsi və effektiv inkişafı məqsədi ilə Belarus Respublikası və Qazaxıstan Respublikalarının müvafiq qurumları ilə qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum imzalanmasıdır. Bu günlərdə analoji sənəd Ukrayna Respublikası ilə imzalanıb.

Belə ki, Analitik Ekspertiza Mərkəzi Ukrayna Respublikasının Səhiyyə Nazirliyinin Dövlət Ekspertiza Mərkəzi ilə də əvvəlcədən aparılan danışıqlar və razılaşmaya əsasən imzalanmış qarşılıqlı anlaşma və əməkdaşlıq Memorandumu Azərbaycan-Ukrayna arasında əczaçılıq sektorunda əlaqələrin davam etməsinə imkan yaradacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə