Ötən ay 29 qida zəhərlənməsi baş verib

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 255 qida zəhərlənməsi hadisəsi baş verib ki, nəticədə 388 nəfər zərər çəkib. Bu barədə SİA-ya Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, yanvar-avqust ayları ərzində 11 botulizm hadisəsi baş verib. Nəticədə 21 nəfər zəhərlənib, 3 nəfər ölüb.

Qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib.

Avqust ayında əhali arasında 29 qida zəhərlənməsi baş verib. Bu hadisələrdən 40 nəfər zərər çəkib. Botulizm hadisəsi baş verməyib. Qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə