Səhiyyə naziri beynəlxalq tədbirdə iştirak edib

Səhiyyə naziri Oqtay Şirəliyev 11-14 sentyabr 2017-ci il tarixlərdə Macarıstan Respublikasının Budapeşt şəhərində keçirilən Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 67-ci sessiyasında iştirak edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sessiya ərəfəsində ÜST Avropa Regional Komitəsinin iclası keçirilib. Tədbirdə Avropa Regionunda İcraiyyə Komitəsində iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə 67-cisessiyanın gündəliyi, habelə ÜST ölkə ofislərinin strateji idarə mexanizmləri məsələləri müzakirə edilib.

ÜST Avropa Regional Komitəsinin 67-ci sessiyası öz işinə 11 sentyabr 2017-ci il tarixdə başlayıb. Tədbirin açılışında “BMT Şəhəri”nin himayədarı, Danimarka Kralıığının Şahzadəsi Ülyahəzrət Meri, Yunanıstanın Baş Naziri cənab A. Çipras, Türkiyə Cümhuriyyəti baş nazirinin müavini, cənab Rəcəb Akdağ xüsusi qonaq qismində iştirak ediblər.

Sessiyanın gündəliyinə sessiyanın İdarə heyətinin seçilməsi, Avropa Regional Direktoru Dr.JujannaYakabın məruzəsi, Daimi Komitənin sessiyaya hesabatı, ÜST yeni seçilmiş Baş Direktoru Dr. Tedros Gebreyesusun sessiyaya müraciəti, Regional Komitənin Büdcə, Proqram və İnzibati Komissiyasının hesabatı, ÜST islahatlarının keçirilməsi, Səhiyyədə texniki məsələləri, Qeyri infeksion xəstəliklərə qarşı mübarizə, Səhiyyə-2020 strategiyası, Qlobal səhiyyə sistemlərinin strateji idarəsi, Reproduktiv sağlamlıq, Tibbi Kadrların təkmilləşdirilməsi, QİÇS və vərəmlə mübarizə, Beynəlxalq Səhiyyə Qaydaları, Səhiyyə və sosial sektorun maliyyələşdirilməsi, ÜST təşkilatında idarəçilik və s məsələlər daxil edilmişdir.

Ənənəvi olaraq ÜST Avropa Regional Komitəsinin 67-ci sessiyasının İdarə heyətinin təyinatından sonra Regional Direktor Dr.JujannaYakab sessiyada hesabat nitqi ilə çıxış edib. Regional Direktor öz çıxışında ÜST Assambleyasının qətnamələrinin Avropada həyata keçirilməsi, səhiyyənin maliyyələşməsi, səhiyyə proqramlarının həyata keçirilməsi üzrə donor ölkə və qurumlarla əlaqələrdən, habelə sessiyanın gündəliyində müzakirə ediləcək məsələlərdə ÜST rəhbərliyinin mövqe və tövsiyələrinə dair fəaliyyətlər haqqında məlumat verib.

Çıxışda Daimi Komitənin proqramı, Büdcə və İnzibati Komissiyasının hesabatının layihəsi, infeksion və qeyri-infeksion xəstəliklərə qarşı mübarizə, ÜST islahatları və Səhiyyə 2020 strategiyası da geniş yer alıb.

Digər sessiyalardakı kimi qəbul olunmuş qaydalara əsasən gündəlikdə olan məsələlərin müzakirəsində əvvəl Katibliyin üzvləri, sonra isə qeyri hökumət və Beynəlxalq təşkilatların nümayəndələri öz rəylərini veriblər.

Tədbir çərçivəsində Avropa Bürosu Regional Direktoru, habelə komitəyə üzv ölkələrdən Polşa, Türkiyə, Belarus, Macarıstanın və Özbəkistanın səhiyyə rəsmiləri ilə, BMT Baş Katibinin QİÇS-lə mübarizə üzrə köməkçisi Mişel Kazaçkine ilə işçi görüşlər keçirilib.

Səhiyyə naziri Oqtay Şirəliyev 67-cisessiyada gündəlikdə olan Sağlamlıq 2020, Tibbi kadrların təkmilləşdirilməsi, psixi sağlamlıq, reproduktiv sağlamlıq və Beynəlxalq Səhiyyə Qaydaları məsələlərinə dair çıxışlar edib.

Vərəm üzrə fəaliyyət planının müzakirələri zamanı Azərbaycanın müsbət təcrübəsi üzv ölkələr tərəfindən qeyd edilib və məsələyə dair Dövlət proqramının həyata keçirilməsi vurğulanıb.

Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 67-cisessiyası 14 sentyabr 2017-ci il tarixdə öz işini başa vurub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə