Qəzada ölən qadınlardan biri hamilə olub RƏSMİ

Ötən gün Salyan və Biləsuvarda baş verən ağır yol qəzalarında 1-i hamilə qadın olmaqla, 4 nəfər dünyasını dəyişib. Bu barədə SİA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, ötən gün Salyanda 2 maşının toqquşması nəticəsində 4 nəfər dünyasını dəyişib. Ölənlərin hamısı qadın olub. Qadınlardan biri isə hamilə olub. Hadisə nəticəsində 2 nəfər kişi yaralanıb və onlardan biri əməliyyat edilib. Əməliyyat edilən yaralının vəziyyəti ağır, digər yaralının vəziyyəti isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, Biləsuvarda “KAMAZ” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə