Uşaqlarda böyrək çatışmazlığının simptomları hansılardır?

Uşaqlarda böyrək çatışmazlığının müəyyən əlamətləri var. Belə ki, uzun və davamlı irəliləyən böyrək çatışmazlıqlarının ilk illərində sidiyin miqdarının azalması, halsızlıq, iştahasızlıq, qusma, üzdə və ayaqlarda şişmələr, nəfəs darlığı müşahidə edilir. Bundan əlavə uşaq gecələri bir neçə dəfə sidiyə qalxa bilər. Zamanla böyümə yavaşlayır, sümük inkişafı pozulur, sümüklərdə əyilmələr görünür; halsızlıq, iştahasızlıq, solğunluq müşahidə edilir.

Uşaqlarda belə hallar müşahidə edilərsə, dərhal həkimə müraciət etmək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə