İradə Əliyeva:"Evdə doğuş halları adətən 2-3-cü hamiləlikdə rast gəlinir"

"Bu ilin 8 ayı ərzində evdə doğuşlarla bağlı Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 68 müraciət olub və onların hamısı xəstəxanaya yerləşdirilib". SİA-nın xəbərinə görə, bu barədə Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, evdə doğuşu həyata keçirilən ana və uşaqların hamısı təcili yardım həkimləri tərəfindən hospitalizasiya olunur: "Təcili yardım həkimləri hadisə yerinə çatanda artıq doğuşlar bitmiş olur. Evdə doğuşları adətən 2-3-cü hamiləliyi olan qadınlar edir. Birinci hamiləlikdə evdə doğuşlara çox az rast gəlinir".

Baş həkimin müavini söyləyib ki, İ.Əliyeva əsasən Bakıətrafı kəndlərdə yaşayan əhali arasında evdə doğuş halları çox olur. "Onların əksəriyyəti də rayondan Bakıya yaşamağa gələnlər və az sayda qonaqlar da olur. Araşdırma zamanı məlum olur ki, evdə doğuşu həyata keçirilən qadınlar qadın məsləhətxanalarına hamiləlik boyu ya getməyib, ya da 1-2 dəfə gedib".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə