Toyda zəhərlənənlərin hamısı evə buraxılıb RƏSMİ AÇIQLAMA

"Tovuzda keçirilən toy məclisində zəhərlənmə ilə xəstəxanaya 39 nəfər müraciət edib. Həmin şəxslərə dərhal tibbi yardım göstərilib. Gecə saatlarında onlardan bəzilərinin səhhəti normal olduğundan ambulator müayinəyə buraxılıb. Qalan xəstələr isə bu gün səhər yenidən müayinə edilib və evə buraxılıb". Bu barədə SİA-ya Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, zəhərlənmə qidadan baş versə də, lakin hazırda hadisənin hansı qidadan baş verdiyi məlum deyil: " Bunu üçün xəstələrdən analizlər götürülüb və cavablar açıqlandıqdan sonra zəhərlənmənin hansı qidadan baş verdiyi bilinəcək".

Məlumat üçün nəzərinizə çatdıraq ki, ötən gün axşam saatlarında Tovuz rayonundakı "Turan" şadlıq sarayında keçirilən toy məclisində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə