"İnfark və insult keçirən xəstələrin uzaq yerə getməsi təhlükəli ola bilər" HƏKİM MƏSLƏHƏTİ

"Abşeron yarımadasında atmosfer təzyiqi gündə 7-8 dəfə dəyişir. Belə halda ürək də fəaliyyətini 7-8 dəfə dəyişir. Bəzən kimsə baş gicəllənməsindən, atmosfer təzyiqinin dəyişməsi nəticəsində bağırsaqlarda yaranan qazdan, sıxılmadan və təngənəfəslikdən şikayət edir. Həmin şəxslər bilməlidir ki, belə hal xəstəlik deyil, orqanizmin zəifliyi və müqavimət göstərə bilməməsidir". SİA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş terapevti Yaqub Qurbanov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Baş terapevt infark və insult keçirən xəstələrə müraciət edərək bildirib ki, bəzən belə xəstələr istirahət etmək üçün öz yaşadıqları ərazidən uzaq, dağlıq yerlərə getməyə can atırlar: " Doğrudur dağ havası sağlamlıqdır. Lakin infarkt və insult keçirən xəsətələrin belə yerlərə getməsi məsləhət görülmür. Çünki həmin xəstələrdə təzyiq qəflətən yüksələ və sağlamlıqları üçün təhlükə yarana bilər".

"Alimlərin apardığı tədqiqatlar göstərib ki, yol qəzalarının əksəriyyəti havanın həddən artıq isti və ya soyuq vaxtı qeydə alınır. Temperatur azalanda və çoxalanda bütün orqanların funksiyaları dəyişir və bu da hadisələrin baş verməsinə səbəb olur. Halbuki yağışlı-dumanlı havada belə hallar daha az qeydə alınır" - deyə, baş terapevt əlavə edib.

Müəllif: Nailə Məhərrəmova
loading...