Göz hərəkətindəki problemlər psixi problemlərlə bağlıdır

Mütəxəssislər şizofreniyanı 100 faiz dəqiqliklə aşkara çıxaran metodika yaradıblar. Alimlər sadəcə olaraq insanın gözlərinə baxmağı təklif edirlər. Onlar belə hesab edirlər ki, göz hərəkətindəki problemlər açıq-aşkar psixi problemlərin əlamətidir.

Bu nəzəriyyə könüllü iştirakçılarda yoxlanılıb. Nəticədə alimlər 98 faiz dəqiqliklə diaqnoz qoya biliblər. Kiçik sürətlə hərəkət edən müxtəlif obyektləri səlis izləmək şizofreniklər üçün çox çətin olub. Onların baxışı həmin predmetin hərəkətini izləməyi çatdırmamış, sonra gözlər vahid istiqamətdə və eyni vaxtda baş verən çevik göz hərəkətləri hesabına yenidən müəyyən obyekti tutmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə