İsti havalarda bu meyvələr faydalıdır

Meyvə və tərəvəzlərdə vitamin və minerallar olduğundan insan sağlamlığına yaxşı təsir göstərir. Yaz aylarında maye ehtiyacını qarşılamaq üçün istəyə uyğun meyvə, tərəvəz və salat istifadəsini artırmaq, qabıqlı meyvələrdən istifadə etmək, ağ çörək yerinə kəpəkli və ya tam buğda çörəyini seçim etmək olar.
İsti havalarda temperatur qalxdıqca qan daha da durulaşır və orqanizmdə maye çatışmazlığı yaranır. Bu hallar ürək-damar sistemi, qan dövranına mənfi təsir edir.
Bu baxımdan xüsusi ilə ürəyin işinə müsbət təsir edən qidalar və meyvələrdən istifadə etmək olar.
Avropa kardioloqlar asossasiyası ürəyimizin işini yaxşılaşdıracaq yay məhsulları müəyyən edib. Bu məhsullar aşağıdakı kimidir:
1. Pomidor - tərkibində olan maqnium sayəsində ürəyi möhkəmləndirir, damarların tonusunu artırır.
2. Ərik - ən yaxşı kalium mənbəyidir. Bu mikroelement maddələr mübadiləsində yaxından iştirak edir və Ürəyin ötürücülük qabilləyini yaxşılaşdırır.
Ərik şirəsi təzyiqi salır, amma gündə iki stəkandan çox içmək məsləhət deyil.
3. Kələm - C vitamini ilə zəngindir. Damarlara təmizləyici təsir göstərir, qanda olan toksinləri təmizləməyə kömək edir. Kələm şirəsi hipertoniya xəstələri üçün faydalıdır.
4. Cəfəri - bu göyərtinin cəmi bir qaşıq şirəsi arterial təzyiqi azaltmağa kömək edir.
5. Qara üzüm - ürək üçün vacib antioksidantlarla boldur. Üzümün tərkibində şəkər və kalori də çoxdur. Gündə 200 qramdan çox yeyilməsi məsləhət deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə