84 həkim işə müsabiqə ilə qəbul olundu

Səhiyyə Nazirliyi həkimlərin mərkəzləşdirilmiş işə qəbulu ilə bağlı keçirdiyi son müsabiqənin nəticələrini açıqlayıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, müsabiqə iyulun 24-25-də keçirilib. Müsabiqənin nəticələrinə əsasən, 84 nəfər həkim işə qəbul edilib.

Qeyd edək ki, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyinin kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən, nazirliyin tabeliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə