Azərbaycanda hepatit xəstələrinin SAYI

Səhiyyə Nazirliyinin 2014-cü ildə yaradılan B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə komissiyaya bu günə qədər 7 043 nəfər müraciət edib. SİA-nın xəbərinə görə, bunu komissiyanın üzvü, Klinik Tibbi Mərkəzin hepatit şöbəsinin müdiri Ziyafət Tağıyeva bu gün keçirilən mətbuat konfransaında məlumat verib.

O bildirib ki, müraciət edənlərin onların 2 mini hepatit B, 5 mindən çoxu isə hepatit C ilə bağlı olub: "Cari ilin 6 ayı ərzində komissiyaya müraciət edənlərin sayı 838 nəfər təşkil edib. Onlardan 129 nəfərində virus aşkarlanmayıb, 709 nəfərdə virus aşkarlanıb. Onlardan 171 nəfəri hepatit B, 502 nəfəri isə hepatit C olub. İndiyədək komissiyaya müraciət edənlərin 5 mindən çoxu pulsuz dərmanlarla təchiz edilib".

Z. Tağıyeva qeyd edib ki, cəmi 7 nəfərdə Hepatit A ilə xəstələnmə qeydə alınıb: "Miks infeksiyası üzrə hepatit B+D ilə 9 nəfər, hepatit B+ C üzrə 20 nəfər qeydiyyata alınıb. Bu il hepatit B və C virusu aşkarlananların 33-ü çox ağır vəziyyətdə olub. Xəstəlik 55% kişilər, 45% qadınlarda aşkar edilib. Qeyd olunub ki, müxtəlif yaş qruplarında bu virus aşkarlanır".

Rayonlar üzrə daha çox Ağcabədi, Kürdəmir, Yevlaxdan komissiyaya müraciətlərin daxil olduğunu deyən komissiya sədri söyləyib ki, Gəncə, Naxçıvan, Mingəçevir kimi şəhərlərdə böyük xəstəxanalar olduğu üçün müvafiq müalicələr aparılır, ona görə ağır vəziyyətdə komissiyaya müraciətlər edilmir".

Bütün xəbərlər Facebook səhifəmizdə