Azərbaycanda hemodializ xəstələrinin sayı 12 faiz artıb

"Hazırda Azərbaycanda 38 hemodializ mərkəzində 600 hemodializ aparatı 3312 xəstəyə xidmət edir". SİA-nın xəbərinə görə, Bunny Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin Hemodializ şöbəsinin müdiri Mirhaşım Cəlalov bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, xəstələrin 1329 nəfəri Bakı, 1983-ü isə regionlarda dövlət hesabına hemodializlə təmin olunublar. Onun sözlərinə görə, hazırda hemodializlə müalicə alan xəstələrdən ən kiçiyinib yaşı 3, ən yaşlısının isə 85 yaşı var: "Ötən illə müqayisədə hemodializ xəstələrinin sayı 12 faiz artıb. Hazırda 15 yaşa qədər 6 azyaşlı xəstə var. Xəstələr 71 adda dərman və tibbi ləvazimatlarla Səhiyyə Nazirliyi tərəfindən tam təmin olunurlar". Şöbə müdiri qeyd edib ki, hazırda "Xroniki Böyrək Çatışmazlığı" proqramı üzrə 719 nəfər böyrəkköçürülmüş xəstə var: " 2017-ci ildə 54 nəfərə böyrəkköçürmə əməliyyatı aparılıb". Ölüm hallarına gəlincə M.Cəlalov əlavə edib ki, ötən il xroniki böyrək çatışmazlığı xəstəliyindən 600 ölüm halı qeydə alınıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə