Tütündən istifadə edənlərin sayı 20%-dən 39%-dək artıb

Azərbaycanda tütünlə mübarizə sahəsində ciddi tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyindın SİA-ya verilən xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatının 2017-ci ilin qlobal tütün epidemiyası barədə açıqladığı hesabatında Azərbaycanın tütünlə bağlı monitorinq fəaliyyətinin gücləndirilməsi, bu istiqamətdəki uğurları qeyd olunub.

Hesabatda “Azərbaycan tədqiqatların nəticələrindən tütünlə mübarizə təşəbbüslərini dəstəkləmək üçün istifadə edir” başlıqlı xülasədə ölkəmizin tütünə nəzarət üzrə bir sıra milli tədqiqatları vurğulanıb, bu tədqiqatların Azərbaycanda tütündən istifadə səviyyəsinin azaldılması məqsədi ilə aparılan tütünlə mübarizə tədbirlərinin dəstəklənməsində, xüsusilə də tütünə dair ölkə qanunvericiliyinin təkmilləşdirilməsində rolu açıqlanıb.

Hesabata əsasən, tütündən istifadənin tam miqyaslı monitorinqi ilə məşğul olan ölkələrin sayı 2007-2016-cı illərdə 46-dan 76-dək yüksəlib. Nəticədə, tütündən istifadəsi müvafiq qaydada monitorinq edilən dünya əhalisinin sayı 20%-dən 39%-dək artıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə