Günvurmadan təcili yardıma 50 nəfər müraciət edib RƏSMİ

Cari ilin iyun ayının 1-dən indiyə qədər günvurma ilə bağlı Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 50 müraciət daxil olub. Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, müraciət edən 50 nəfərdən yalnız 19-u xəstəxanaya yerləşdirilib: "Ümumilikdə vətəndaşlara zəruri tibbi yardım göstərildikdən sonra onlar müalicə üçün evə buraxılıblar".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə